Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Suyu pulsuz paylayaraq 7 milyon dollarlıq bir şirkətə çevirdi

Orkhan Ali 14 İyul 2025 - 15:30 (Last updated: 14 İyul 2025 - 15:24)
Capture

ABŞ-da qeyri-ənənəvi biznes modeli ilə diqqət çəkən bir təşəbbüs media və sahibkarlıq dairələrində maraq doğurur. “FreeWater” (“PulsuzSu”) adlı bu təşəbbüs, suyu tamamilə pulsuz paylayaraq gəlir əldə etməyi hədəfləyir.

AzPost xəbər verir ki, şirkətin yaradıcısı Coşua Kliffords (Joshua Cliffords) adlı amerikalı sahibkardır.

O, su şüşələrinin üzərindəki boş sahəni reklam platformasına çevirərək innovativ bir iş modeli qurub. Su şüşələri tamamilə pulsuz paylanır və bu xərclər reklam verən şirkətlər tərəfindən qarşılanır. Şüşələrin üz qabığında QR kodlar yerləşdirilir və istifadəçilər bu kodlar vasitəsilə kampaniyalara, endirimlərə və müxtəlif markaların təklif etdiyi məzmuna keçid edə bilirlər.

“FreeWater” reklamverənlər üçün yeni və cəlbedici bir platforma təqdim edir. Hər bir su şüşəsi əslində bir reklam daşıyıcısına çevrilir və beləliklə, minlərlə insana həm faydalı məhsul təqdim olunur, həm də markalar geniş görünürlük əldə edir. Şirkət bu model vasitəsilə suyun maya dəyərini reklam gəlirləri ilə qarşılamaqla yanaşı, qazanc da əldə edir. Məlumata görə, hər bir butulkadan təxminən 1 dollar gəlir götürülür, bunun 10 senti su problemi yaşayan bölgələrə yardım üçün ayrılır. Bu yanaşma şirkətin həm kommersiya, həm də sosial məsuliyyət daşıyan bir təşəbbüs kimi tanınmasına səbəb olub.

Şirkət 2020-ci ildən etibarən fəaliyyətə başlayıb və ilkin mərhələdə Coşua Kliffords və həyat yoldaşı bu təşəbbüsə 100 min dollardan çox şəxsi vəsait yatırıb. 2023-cü ilə qədər isə əlavə olaraq 250 min dollar məbləğində maliyyə dəstəyi toplayıb ki, bu vəsaitin əhəmiyyətli hissəsi sosial media üzərindən toplanıb. Şirkət 2022-ci ildə təxminən 7 milyon dollar dəyərində qiymətləndirilib.

Bununla belə, bu model müəyyən tənqidlərə də məruz qalır. Bəzi mütəxəssislər bildirirlər ki, əgər bir məhsul pulsuz təqdim olunursa, istifadəçi özü məhsula çevrilir. Yəni reklamverənlər istifadəçilərin məlumatlarını toplayaraq onları davranışlarına əsasən hədəfləyə bilərlər. Bu isə məxfilik və etik məsələlər baxımından narahatlıq doğurur.

Mənbə: Valyuta.az

AzPost.az

Post navigation

Previous: Yolların təmizlənməsində köpük istifadə edilməsi narazılıq yaratdı: Ağaclara ziyan vura bilər
Next: DİM sədri: Təxminən beş ilə bəzi ixtisaslar ləğv olunacaq

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış...
Read more about İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.