ABŞ prezidentliyinə namizəd Donald Tramp sentyabrın 27-də Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.
Azpost.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, görüş cümə günü səhər baş tutacaq.
“Prezident Zelenski mənimlə görüş istədi və mən onunla sabah səhər saat 09:45 “Tramp Tower”də görüşəcəyəm. Sabah onunla görüşməyi səbirsizliklə gözləyirəm”, – Tramp jurnalistlərə bildirib.
Bu həftə Zelenski Birləşmiş Ştatlardadır və Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edir. Tramp Ukrayna prezidentinin Ağ Evdə Co Bayden və Kamala Harrislə görüşdükdən qısa müddət sonra mətbuata görüşlə bağlı açıqlama verib.
Azpost.info