Səhərlər 5 dəqiqəlik günəş vannası depressiyanın dərmanı sayılır

Günəş
Günəş

Bir çox insan səhərlər evdən günəş görmədən çıxır. AzPost bildirir ki, günəş işığı beyində serotonin hormonunun ifrazını artırır. Bu hormon əhvalı yaxşılaşdırır və depressiya riskini azaldır.

Mütəxəssislər hər səhər ən az 5 dəqiqə günəş işığı qəbul etməyi tövsiyə edir. Xüsusilə payız və qış aylarında günəş işığına ehtiyac daha çoxdur. Günəş dəridə D vitamininin sintezini təmin edir.

Bu vitamin sümüklər və immun sistem üçün vacibdir. Səhər günəşi bioritmimizi tənzimləyir və gün ərzində enerjili qalmağa kömək edir. Dərinin elastikliyini də yaxşılaşdırır.

Günəş işığı yuxu hormonunun da nizamlı ifrazına yardım edir. Gündəlik bu vərdiş stres və halsızlığın qarşısını alır. Çox vaxt dərmansız depressiya müalicəsi üçün təbii və pulsuz vasitədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.