Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Sərhədi açsaq müharibədən qaçan 100 minlərlə qaçqın axın edəcək”

Orkhan Ali 25 Noyabr 2024 - 16:15 (Last updated: 21 May 2025 - 20:15)
zahid oruc

Əhalimizlə açıq danışmalıyıq ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“O cümlədən, İranda hərbi zərbələrdən canını və sərvətlərini qorumaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”, – deputat vurğulayıb.

Zahid Oruc qeyd edib ki, dövlətin maliyyə rezervlərini qorumaq, birinci növ tələbat mallarını təmin edən daxili və xarici iqtisadi əlaqələri genişləndirmək, ixracın-idxalın coğrafiyasını şaxələndirmək, daha təhlükəsiz ölkələrə keçirmək tələb olunur: “Doğrudur, klassik müharibə qanunları dəyişib. 44 günlük savaş dövründə dövlətimiz beynəlxalq iqtisadi-siyasi əlaqələrini nəinki zəiflətmədi, əksinə gücləndirdi. Lakin dinc dövrə xas xərclər siyasəti yaxın gələcəkdə maliyyə, ərzaq, silah təminatında risklər yarada bilər. Növbəti ildə neft hasilatının azalmasının – 29.2 milyon tondan 2028-ci ildə 26.4 milyon tona düşməsinin qarşısını alan tədbirləri gücləndirməliyik”.

Post navigation

Previous: “Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”
Next: İrəvandakı Avropa İttifaqının missiyasının vaxtı uzadılacaq? –

Oxşar xəbərlər

ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20
ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.