Xüsusi karantin rejimi dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bu barədə APA-ya DANX-dan məlumat verilib.
Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.