TƏBİB Hacı Şahinin ölümü ilə bağlı açıqlama yaydı –İlahiyyatçı dünən hansı özəl klinikada olub?

TƏBİB Hacı Şahin Həsənlinin ölüm səbəbini açıqlayıb.

TƏBİB-dən verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.

Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Şahin Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.