“Karlson təhlükəli insandır. Niyə? Düzünü desəm, düşünürdüm ki, o, özünü aqressiv aparacaq və sərt suallar verəcək. Mən buna təkcə hazır deyildim, həm də bunu istəyirdim. Çünki bu, suallara eyni dərəcədə kəskin cavab verməyə imkan verəcəkdi. Amma o, başqa bir taktika seçdi”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ondan müsahibə alan amerikalı jurnalist Taker Karlson haqqında deyib.
“Təəccüblüdür ki, bir Qərb jurnalisti olaraq səbirli oldu və hazır olduğum şeyi etməyə əsas vermədi. Ona görə də, açığını desəm, bu müsahibədən tam həzz almadım”, – Putin gülərək əlavə edib.
Vladimir Putinlə müsahibəni bitirdikdən bir qədər sonra amerikalı jurnalist “Şeremetyevo” hava limanına yollanıb və Rusiyanı tərk edib. Onun Serbiyaya uçduğu məlum olub. Daha sonra amerikalı jurnalist Dubaya gedib və orada 2024-cü il Dünya Hökuməti Sammitində çıxış edib.
Orada misirli jurnalist Emad Adiblə söhbətində Taker Karlson Kremldəki müsahibədən danışıb.
Azpost.info