Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişildi

11 İyul 2020 - 14:02

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, orta ixtisas təhsili müəssisələrinin siyahısından Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosial-İqtisadi Kolleci, Bakı Humanitar Kolleci,  Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci və Lənkəran Dövlət Humanitar Kolleci çıxarılıb.

Siyahıya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və AqrarTexnoloji Kolleci daxil edilib.