Təkrar sertifikatlaşdırmada 3900-dən çox müəllim keçid balını toplaya bilməyib

Təkrar sertifikatlaşdırmada iştirak edən müəllimlərdən 3 909-u isə müvafiq keçid balını toplaya bilməyib.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, bu barədə iyunun 25-də keçirilən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasında bildirilib.

Eyni zamanda, şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.