Təyyarədə halı pişləşən sərnişinə Ursula fon der Lyayen tibbi yardım göstərib- “Bild”

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Swiss Air”in LX780 reysinin sərnişininə tibbi yardım göstərib.

Azpost.info xəbər verir ki, bu barədə “Bild” yazır.

Mənbənin sözlərinə görə, həmin şəxs qəflətən özünü pis hiss edib və ekipaj ənənəyə uyğun olaraq tibb bilənlərdən cavab istəyib.

“Biz Brüsselə qayıdırdıq ki, sərnişinlərdən birinin köməyə ehtiyacı oldu. Həmişə olduğu kimi, ekipaj tibbi bilikləri olanlardan kömək istədi”, – Lyayen jurnalistlərə bildirib.

Digər sərnişinlər qeyd ediblər ki, təyyarə təcili eniş üçün Brüsselə enib. Burada həkimlər xəstəni qarşılayıblar. Von der Lyayen rəsmi görüşlərindən birində iştirak etməyə tələsdiyi üçün qara “Mercedes”ə əyləşərək gedib.

AK rəhbəri 1988-1992-ci illərdə Hannover Universitet Xəstəxanasında ginekologiya şöbəsində köməkçi həkim vəzifəsində çalışıb. Aspiranturadan sonra dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb.

Azpost.info

Əvvəlki məqalə

G20 liderlərinin sammitində COP29 gündəm mövzusu idi

Sonrakı məqalə

Ceyhun Bayramov Misir XİN rəhbəri ilə telefon danışığı aparıb