TƏBİB-dən deksametazon dərmanı ilə bağlıXƏBƏRDARLIQ

“Deksametazon xəstəliyin kritik vəziyyətində istifadə edilir”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“O dərmanı profilaktik məqsədlə istifadə etmək qətiyyən olmaz. Çünki profilaktik istifadə edilərsə, immun sistemi tamamilə çökə bilər”, – o bildirib.

Tibb eksperti Rəşad Mahmudov da deksametazon preparatlarını heç bir vətəndaşın ev şəraitində istifadə etməsini məsləhət görmədiklərini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Buraxılış və qəbul imtahanları təxirə salınacaq

Sonrakı məqalə

COVID-19 testlərinin maya dəyəri 40 manatdır