Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Orkhan Ali 29 Mart 2024 - 15:57 (Last updated: 21 May 2025 - 20:15)
17117121512212718237_1200x630

Qidalarda şəkərin süni və təbii dadlandırıcılarla əvəzlənməsi insanlarda aclıq hissini artırmır və eyni zamanda qan şəkərinin səviyyəsinin azalmasına kömək edir.

Bu barədə məlumat “The Rhone-Alpes” Araşdırma Mərkəzi ilə Lids Universiteti tərəfindən aparılan birgə tədqiqatın nəticələrində yer alıb. SWEET konsorsiumu tərəfindən dərc edilən araşdırma dadlandırıcıların və şirinliyi artıran əlavələrin sağlamlıqla bağlı uzunmüddətli faydalarını və potensial risklərini tədqiq edir.

Avropa İttifaqının “Horizon Europe” təşəbbüsü tərəfindən maliyyələşdirilən tədqiqatda artıq çəki və ya piylənmədən əziyyət çəkən 18-60 yaş arasında könüllülər iştirak edib. İkihəftəlik üç istehlak dövründən ibarət sınaq zamanı iştirakçılar şəkər tərkibli meyvəli şirniyyatlarla qidalanıb. Onlar birgünlük fasilədən sonra qlükoza, insulin və iştahaya bağlı hormonların ilkin səviyyələrini təyin etmək üçün qan analizi veriblər.

Araşdırma nəticəsində məlum olub ki, qidalarda şəkərin süni və təbii dadlandırıcılarla əvəzlənməsi iştahada və ya endokrin sistemdə heç bir dəyişiklik yaratmayıb, lakin yeməkdən sonrakı iki saat ərzində qan şəkərinin səviyyəsində azalma müşahidə olunub.

Tədqiqat müəlliflərinin fikrincə, dadlandırıcılar iştaha artmasına səbəb olmadan əlavə şəkər qəbulunu azaltmaq üçün faydalı vasitədir(azərtac).

Post navigation

Previous: Rusiyada daha bir iş adamı milyarderlər sırasına qoşuldu
Next: Küləyin sürəti güclənəcək, çaylardan sel keçəcək

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.