Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin əlilliyinə görə vəsaitin köçürüldüyü “Kapital Bank” kartına blok qoyulub.
Pravda.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
“İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb”, – o bildirib.
“Kapital Bank” tərəfindən məsələyə belə mövqe bildirilib: “Sosial media üzərindən göndərilən şəxsi mesajlar vasitəsilə sənədlərin qəbulu və baxılması nəzərdə tutulmur. Məsələnin araşdırılması və dəstək göstərilməsi üçün kart sahibinin özü birbaşa müraciət etməlidir”.