Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu…- Məktəb seçiminə start verildi

İyulun 8-də tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə start verilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Məktəb seçimi zamanı hər hansı sualla qarşılaşan valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yaza və ya iş günləri ərzində Təhsil Nazirliyinin 146-1 “Qaynar xətt” xidməti ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlər Kabinetinə yeni vəzifə həvalə olunub

Sonrakı məqalə

Xarici iş adamlarının Gürcüstana səfərinə icazə verilib