“Təhsil elə bir sahədir ki, burada qısa müddət ərzində uğur əldə etmək çətindir. Daha çox zamana ehtiyac var”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsilin İnkişafı Forumu 2023″də çıxışı zamanı deyib.
O bildirib ki, bunun da səbəbi çox sadədir. Çünki insan zamanla yetişir, onu tez yetişdirməyin bir metodu yoxdur:
“İnnovasiyaların uzunmüddətli inkişafından danışırıqsa, məktəblərdən, hətta məktəbəqədər təhsil müəssiaələrindən başlamalıyıq. Lakin qısa müddətdə innovativ inkişafdan danışırıqsa, əsasən ali təhsil müəssisələrindən danışmalıyıq. Bu baxımdan vermək istədiyim mesaj ondan ibarətdir ki, bilik paylaşan müəssisələrdən bilik yaradan müəssisələrə inteqrasiya etməliyik”(apa).