Tərtərdə məktəbin damını külək uçurub

Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarında fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtər şəhər 6 saylı orta məktəbin dam örtüyünü və rayonun Hacı Qərvənd kəndində bir neçə evin damıı külək uçurub.

Həmçinin güclü külək Ağdamda ağacları kökündən qoparıb.

Oxşar hadisələr Bərdə rayonunda da qeydə alınıb. 

Hazırda qeyri sabit hava şəraiti ilə bağlı yaşayış məntəqələrinin çoxuna elektrik enerjisinin verilişi dayandırııb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kurikulum ləğv olunacaq?

Sonrakı məqalə

Ərdoğanın Azərbaycana səfəri başladı