Təxribat zamanı məhv edilən erməni hərbçilərin adı açıqlanıb

Ermənistan Müdafiə Nazirliyi təxribat zamanı məhv edilən hərbçilərinin adını açıqlayıb. Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Azpost.info xəbər verir ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbçilər Andranik Arşakoviç Antonyan və Arsen Aleksandroviç Mkrtçyandır.

Onlar Masis icmasının sakinləri olublar. İcma rəhbəri David Hambardzumyan sosial şəbəkədə faktı təsdiqləyib.

Ermənistan Müdafiə Nazirliyinin son məlumatında bu gün baş verən silahlı toqquşmalarda 4 hərbçi itirdiklərini etiraf edib.

Nazirlik 1 erməni hərbçinin yaralandığını açıqlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.