Emosional gərginlik və stress insanların qan təzyiqində ani dəyişikliklərə səbəb ola bilər.
AzPost xəbər verir ki, terapevt Polina Lepilova qeyd edir ki, ürək-damar və endokrin xəstəlikləri, hipertoniya, iskemik ürək xəstəliyi olan şəxslər bu dəyişikliklərə daha çox meyllidir. Eyni zamanda, yaşlı insanlar və xroniki stressdən əziyyət çəkənlər də risk qrupuna daxildir.
Yüksək qan təzyiqi zamanı baş ağrısı, qulaqda uğultu, görmənin bulanıqlaşması və üzə qan dolması kimi əlamətlər yarana bilər. Aşağı təzyiq isə yorğunluq, zəiflik və başgicəllənmə ilə müşahidə olunur. Bəzən təzyiq dəyişiklikləri heç bir əlamət vermədən də baş verə bilər.
Mütəxəssisin tövsiyəsinə görə, təzyiq yüksəldikdə uzanmaq, sakitləşmək və qısa gəzinti etmək faydalıdır. Aşağı təzyiq zamanı isə yüngül qəlyanaltı, qəhvə və ayaqları qaldıraraq istirahət etmə kömək edə bilər. Güclü təzyiq dəyişiklikləri zamanı, xüsusən də ağrı və ətraflarda keyimə müşahidə olunarsa, dərhal həkimə müraciət etmək və ya təcili yardım çağırmaq vacibdir.