Sentyabrın 20-si axşamı Tehranda, Azadeqan avtomagistralı ətrafında, göydə bir neçə parlaq işıq müşahidə edilib.
Azpost.info bildirir ki, İran mediasında və sosial şəbəkələrdə yayılan videolarda ən azı iki fərqli işıqlı obyekt göründüyü bildirilir.
Obyektlərin nə olduğu müəyyən edilməyib. İranın hərbi və aviasiya qurumları indiyədək onların mənşəyi barədə rəsmi açıqlama verməyib.
Sosial şəbəkələrdə dron, təyyarə, bir neçə hava aparatı və hətta LED işıqlı uçurtma kimi müxtəlif versiyalar irəli sürülür.
Mövcud videolardan obyektlərin hündürlüyünü, ölçüsünü və sürətini dəqiq müəyyənləşdirmək mümkün deyil. Al Jazeera da görüntülərin yayıldığını və İran hakimiyyətinin obyekti hələ identifikasiya etmədiyini bildirir.
Bu hadisə 1976-cı ilin məşhur Tehran UFO hadisəsinin 50-ci ildönümünə çox yaxın vaxta düşüb. 1976-cı ilin sentyabrında Tehran üzərində naməlum işıqlı obyekt müşahidə edilmiş, İran Hərbi Hava Qüvvələrinin F-4 qırıcıları havaya qaldırılmışdı. Həmin hadisə ilə bağlı ABŞ-ın məxfi sənədləri sonradan açıqlanıb. Lakin indiki görüntülərlə 1976-cı il hadisəsi arasında heç bir əlaqə olduğuna dair sübut yoxdur.