Tahir Kərimli ölümlə təhdid olunmasıyla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə  deputatın qardaşı Fəxrəddin Kərimli məlumat verib.

F. Kərimli deyib ki, dünən deputatın Bakı şəhəri, Səbail rayonundakı evinin qapısına ölüm təhdidi yer alan yazılı kağız qoyulub. O, Tahir Kərimlinin gec də olsa, hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

F. Kərimli hazırda T. Kərimlinin ürəyində problem olduğunu, ona dərman verildiyini deyib.

Qeyd edək ki, T. Kərimli dünən “Facebook” üzərindən canlı yayımda ölümlə təhdid edildiyini bildirib. Daha sonra video onun səhifəsindən silinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Alimlərdən Kürdə suyun azalması ilə bağlı həyəcan təbili: Vəziyyət yaxın illərdə düzəlməyəcək

Sonrakı məqalə