Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq

21 May 2021 - 10:35

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

Bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.