Xalq rəssamı Tahir Salahov vəfat edib

Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib.

Qızı bildirib ki, T. Salahov Almaniyada dünyasını dəyişib.

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib.

1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti” əsərlərini çəkib. 1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib.

1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak edib. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilib.

1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilib.

1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilib.

1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilib.

O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olub.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır. 1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərib. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib.

2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev müzeyi açılıb.  Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.

1947-ci ildə Tahir Salahov Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub. Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda sevgilisini və özünü güllələyən polis xəstəxanada vəfat edib

Sonrakı məqalə

Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunacaq