Taker Karlson Zelenski ilə müsahibənin anonsunu verib

Amerikalı jurnalist Taker Karlson X sosial şəbəkəsindəki səhifəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə gözlənilən müsahibənin anonsunu verib.

Azpost.info xəbər verir ki, o, dəqiq buraxılış tarixini açıqlamayıb.

Karlson deyib ki, amerikalılar ABŞ-ın dünya səhnəsindəki rolunu dəyişən münaqişə haqqında hər şeyi bilməlidirlər.

“Görünən odur ki, Zelenski ilə müsahibəmiz var. İki ildir ki, buna nail olmağa çalışırıq, xüsusən də fevralda Putinlə müsahibədən sonra”, – jurnalist yazıb.

Azpost.info

Əvvəlki məqalə

“BakuBus” yeni marşrut xəttini istifadəyə verib

Sonrakı məqalə

Sürət qatarı ilə Ankaradan İstanbula 80 dəqiqəyə çatmaq mümkün olacaq