Taliban Azərbaycandan keçməklə ilk dəfə Avropaya mal ixrac edib

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.

“Ariana News” telekanalı xəbər verir ki, Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri beş milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası “Taliban” ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.