Taliban BRİKS sammitində iştirak etmək istəyir- Yuri Uşakova müraciət olundu

Taliban nümayəndələri oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Rusiya prezidentinin köməkçisi Yuri Uşakova yazılı müraciət göndərib.

Azpost.info xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.

Əfqanıstanın sənaye və ticarət naziri Nuriddin Əzizi Rüstəm Xabibullin belə bir məktubun Moskvaya göndərildiyini təsdiqləyib.

“Biz yüksək səviyyəli nümayəndə heyətinin, o cümlədən Əfqanıstanın baş nazirinin müavini Əbdül Qani Baradarın, eləcə də mənim digər iştirakçılarla birlikdə sammitdə iştirak etməkdə maraqlı olduğumuzu bildiririk”, – Əzizi bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.