Rusiya Kabuldakı səfirliyi vasitəsilə Talibanın rəsmi şəxsləri ilə əlaqə saxlayır.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Röyter-ə bildirib.
“Onlar Kabulda danışırlar. Hazırda orada bütün əlaqələr qurulur. Səfirlik bu işlə məşğuldur”.
Taliban qüvvələri Rusiya səfirliyini mühafizə etmək üçün binaya mühafizə göndəriblər. “Hər şey sakit şəraitdə keçdi. Onlar gəldilər və səfirliyi qoruma altına aldılar”.