Tamerlan Qarayev Prezidentlə görüşdə iştirak edib –FOTO

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

Xəbər verildiyi kimi Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir.

Baş nazir aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.
Azpostinfo bildirir ki, Baş nazirlə bərabər Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev də Azərbaycana gəlib.

O, Prezident qəbulu zamanı görüşdə iştirak edib, ali qonağı Şəhidlər Xiyabanına ziyarəti zamanı müşaiyət edib.

Tamerlan Qarayev 1990-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri olub. O, 1991-1993-cü illərdə Milli Məclis sədrinin müavini, daha sonra isə birinci müavini vəzifələrində işləyib.

Hazırda 74 yaşında olan Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir.
O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.

2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv  Respublikasında) səfir işləyib.

2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.

13 dekabr 2018-ci il tarixində Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.





AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.