Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva ötən əsrin 70-ci illərinə aid maraqlı foto paylaşıb.
Fotoda o dövrün tanınmış sənətçiləri əks edilib.
AzPost “FOTOXRONİKA” layihəsində şəkli oxuculara təqdim edir.
Fotoda: müğənni Təranə Vəlizadə, bəstəkar, Şərqdə ilk operanın müəllifi Şəfiqə Axundova, muğam ustası Tükəzban İsmayılova, xalq yazıçısı Əli Vəliyev, xalq artisti Şövkət Ələkbərova və Elmira Rəhimova