Tanınmış opera ifaçıları Anna Netrebko və Yusif Eyvazov ayrılıb

Tanınmış opera ifaçıları  olan Anna Netrebko ilə Azərbaycanın xalq artisti Yusif Eyvazov ayrılıb.

Azpost.info bildirir ki, bu barədə ifaçılar Avstriya Presse-Agenturun (APA) birgə bəyanatında bildiriblər.

“Birlikdə keçirdiyimiz on xoşbəxt ildən sonra biz ayrılmaq qərarına gəldik, biz Tiaqoya (Anna Netrebkonun əvvəlki nikahdan olan oğlu) ümumi məhəbbətlə birləşən yaxın dost olaraq qaldıq” – agentlik sənətçilərdən sitat gətirir.

Netrebko və Eyvazovun sözlərinə görə, ayrılıq onların birgə çıxışlarına təsir etməyəcək. Mesajda deyilir ki, qarşıdan gələnlər La Scala (Turandot) və Arena di Verona (Tosca) festivalında keçiriləcək.

Yusif Eyvazov 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.