Tatarıstan Rəisi Rüstəm Minnixanov Bakıya səfərə gəlib

Tatarıstan Rəisi Rüstəm Minnixanov bu gün Bakıya işgüzar səfərə gəlib.

Tatarıstan liderinin mətbuat xidmətindən verilən məlumata görə, bu səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Evdokimov qarşılayıblar.

Səfər çərçivəsində onun bir sıra müəssisələrə baş çəkəcəyi, rəsmi görüşlər və işgüzar danışıqlar aparacağı bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.