“Taxıl sazişi” bu gündən icrasını dayandırır”- PESKOV

“Taxıl sazişi” iyulun 17-dən icrasını dayandırır.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Rusiya ilə bağlı bəzi razılaşmaların yerinə yetirilmədiyini deyib.

Peskovun sözlərinə görə, Rusiya ilə bağı hissə tamamlanarsa, Moskva sazişin icrasına qayıtmağa hazırdır.

Eyni zamanda, o, Krım körpüsündə baş vermiş terror hücumunun Rusiyanın sazişdə iştirak etmək qərarına təsir etmədiyini da qeyd edib. Peskov xatırladıb ki, Rusiyanın sazişlə bağlı mövqeyi hücumdan əvvəl də bəyan edilib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqladı –

Sonrakı məqalə

Fərdi zirehli geyimlərin, minaaxtaran itlərin idxalı gömrük rüsumundan azad olunub