“Taxıl sazişi” daha 60 gün müddətinə uzadıldı- Rusiya XİN

“Taxıl sazişi”nin müddəti əvvəlki şərtlərlə uzadılıb”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“Sazişin müddəti uzadılıb. Razılaşdırılıb ki, daha 60 gün davam etsin. Sazişin paket xarakteri də təsdiqlənib”, – Qruşko deyib.

Onun sözlərinə görə, Rusiya saziş üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün israrla çalışacaq.

Nazir müavini onu da qeyd edib ki, hazırda sürətli olmasa da Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi gedir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.