“Tayvan vasitəsilə Çinə nəzarət istəyi illüziyadır”- Çin Müdafiə Nazirliyi

“ABŞ münaqişələr yaradır, sonra isə öz səhv hərəkətlərinə haqq qazandırmağa və onlara görə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır”.

Azpost.info xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsian bildirib.

“Birləşmiş Ştatlar Tayvan boğazında mövcud gərgin vəziyyəti təkbaşına yaradıb. Buna görə də ABŞ tərəfi ciddi nəticələrə görə məsuliyyət daşımalıdır”, – sözçü deyib.

Nazirlik rəsmisi əlavə edib ki, Pekinin əks cavab tədbirləri ABŞ və Tayvanın təxribatlarına qarşı zəruri xəbərdarlıqdır: “Dövlət suverenliyini qorumaq tamamilə ədalətli və məqsədəuyğundur. ABŞ-ı Pekinin maraqlarına hörmətlə yanaşmağa, eləcə də Tayvanın köməyi ilə ölkəyə nəzarət illüziyasından əl çəkməyə çağırırıq”.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanı “terrorizmin sponsoru” elan edin!”

Sonrakı məqalə

Conson Londondakı evini satışa çıxardı –