Conson Londondakı evini satışa çıxardı –FOTO

Böyük Britaniya Baş naziri Boris Conson Londonda yerləşən taunhausunu 1,6 milyon funt sterlinqə (3 284 536 AZN) satışa çıxarıb.

Bu barədə  “Mirror” nəşri  xəbər verir. Məlumata görə, Boris və Kerri Conson sözügedən mülkü 2019-cu ildə 1,2 milyon funt sterlinqə (2 463 402 AZN) almışdılar.

Qəzetin yazdığına görə, Consonlar evi aylıq 4 min funt sterlinqə (8 211 AZN) icarəyə vermək niyyətində idilər, lakin bunu həyata keçirmədilər.

Qeyd edək ki, B. Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.

Əvvəlki məqalə

“Tayvan vasitəsilə Çinə nəzarət istəyi illüziyadır”

Sonrakı məqalə

“Qərbin məqsədi Rusiyanı məhv etməkdir”