Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Rusiyanı “terrorizmin sponsoru” elan edin!”

User 08 Avqust 2022 - 11:12 (Last updated: 21 May 2025 - 20:15)
abs

Amerikalı senatorlar Riçard Blumental və Lindsi Qrem yenidən prezident Co Bayden administrasiyasını Rusiyanı “terrorizmə sponsoruluq edən ölkələr” siyahısına salmağa çağırıblar.

Azpost.info xəbər verir ki, hər iki senator iyul ayında Ukraynaya səfər edib və orada prezident Vladimir Zelenski ilə görüşüb.

“Administrasiya Rusiyaya deməlidir ki, biz onları İran və Kuba ilə bir sırada görürük”, – R.Blumental deyib.

L.Qrem bildirib ki, konqresmenlər Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etmək üçün çalışırlar: “Biz onları “terrorizmin sponsoru” siyahısına salmaq niyyətindəyik. Bu, dünyaya ABŞ-ın Ukrayna məsələsində qətiyyətli mövqeyini göstərəcək”.

Qeyd edək ki, iyulun sonlarında ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul etmişdi.

Səsvermə yolu ilə qəbul edilən sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya hökumətinin prezident Vladimir Putinin göstərişi ilə törətdiyi hərəkətləri terror aktlarına sponsorluq kimi qiymətləndirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan etdi ki, ABŞ Rusiyanı “terrorizmin sponsoru” elan etsə, iki ölkə arasında diplomatik münasibətlər kəsiləcək.

Azpost.info

Post navigation

Previous: Tovuzda polis polkovniki piyadanı vuraraq öldürüb
Next: “Tayvan vasitəsilə Çinə nəzarət istəyi illüziyadır”

Oxşar xəbərlər

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33

xƏBƏR

dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
Ukrayna ordusu hava şarları ilə idarə olunan PUA-larla Moskva hava limanlarına hücum edib. PUA-lar Vnukovo, Domodedovo və...
Read more about Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib
“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.