Tbilisidə otel rezervasiyalarının 90%-i ləğv olundu

“Son 5-6 gün ərzində Tbilisidə mart-aprel ayı üçün otel rezervasiyalarının 90%-ə yaxını ləğv olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

O deyib ki, buna səbəb koronavirus təhlükəsidir: “Biz ilk zərbəni aldıq. Turizm sənayesi müflislik ərəfəsindədir. Ən ağır vəziyyət Tbilisidəki otellərdə yaşanır. Koronavirus qlobal problemdir. Burada heç kəsin günahı yoxdur. Biz sadəcə yaranmış böhrandan çıxış yolu axtarıb tapmalıyıq ki, turizm sektorunda çalışan əməkdaşlar işdən qovulmasınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda gündəlik 7-8 min qatar bileti ləğv olunur

Sonrakı məqalə

Ukraynada koronavirusa ilk yoluxma halı qeydə alınıb