Tbilisidə Rusiya ilə aviareyslərin bərpasına görə etiraz aksiyası keçirilir-FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Rusiya ilə birbaşa aviareyslərin bərpa edilməsinə görə etiraz aksiyası keçirilir.

Parlament binasının qarşısına toplanan müxtəlif siyasətçilər, vətəndaş cəmiyyəti fəalları və sıravi vətəndaşlar uçuşların yenidən qadağan edilməsini tələb edirlər.

Yağışlı havada davam edən aksiyada “Rusiya ilə uçuşlara yox” şüarı səsləndirilib.

Etirazçılar bir neçə dəqiqə öncə parlament binasının qarşısındakı mərkəzi Rustaveli prospektini bağlayıblar.

Polis yolda qalan nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönəldirib.

Əraziyə çox sayda polis cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Əvvəlki məqalə

“Üçüncü dəfə prezidentliyə namizəd olmayacağam” –

Sonrakı məqalə

Zelenski G7 sammitində Co Baydenlə görüşəcək