Tbilisinin mərkəzində keçirilən aksiya başa çatıb

Tbilisinin mərkəzində keçirilən etiraz aksiyası başa çatıb.

Azpost.info xəbər verir ki, mərkəzi Rustaveli prospektində nəqliyyatın hərəkəti bərpa edilib.

“Hüquq-mühafizə orqanları, xüsusi təyinatlılar ərazini tərk edir, su şırnaqları götürülür. Mitinq iştirakçıları da parlamentin ətrafındakı ərazini tərk edirlər. Əraziyə kommunal xidmətin əməkdaşları gəlib və orada təmizlik işləri aparırlar”, – məlumatda deyilir.

O da bildirilir ki, aksiya iştirakçıları parlamentin yaxınlığındakı ərazini tərk etməzdən əvvəl çıxışlarını martın 8-də davam etdirəcəklərinə söz veriblər.

Xarici agentlər haqqında qanuna etiraz edən Tbilisi sakinləri martın 7-də şəhərin mərkəzində parlamentin girişindəki dəmir baryerləri yararaq binanın həyətinə daxil olmağa cəhd ediblər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Rusiyaya gül ixrac edən əsas ölkələrdəndir

Sonrakı məqalə

Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib