Latviya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Latviya Respublikasının Prezidenti Egils Levits martın 8-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Egils Levitsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Əvvəlki məqalə

Tbilisinin mərkəzində keçirilən aksiya başa çatıb

Sonrakı məqalə

ABŞ Çindən gələn turistlər üçün COVID-19 testlərini ləğv edəcək