Tehran və Kiyev vurulmuş təyyarə barədə razılıq əldə ediblər

21 Yanvar 2020 - 09:46

İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami Prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələni müzakirə ediblər. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub.

Ukrayna Prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.