Tehranda koronavirusun ikinci dalğası başlayıb –

Sərt məhdudiyyətlər tətbiq edilib
07 İyul 2020 - 00:53

İran Koronavirusla Milli Mübarizə Qərargahının açıqlamasına görə, bu gündən paytaxt Tehranda bütün kitabxanaların fəaliyyəti dayandırılıb.

Ölkənin “qırmızı bölgələri”ndə toy və yas mərasimləri qadağan edilib.

Rəsmilər sərt məhdudiyyətlərin vəziyyətə uyğun olaraq daha da sərtləşdiriləcəyini istisna  etməyiblər.

İranın Tibb Universiteti Tehranda koronavirus xəstələri və qeyri-xəstələr üçün çarpayı çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. İran hökuməti maskanın ixracatını da qadağan edib.

Paytaxt Tehran və ətraf bölgələrdə  koronavirus xəstələri üçün  xüsusi xəstəxanaların ayrılmasına baxmayaraq, bəzi lazımi tibbi avadanlıqlar çatışmazlığı yaranıb. Hazırda Tehran xəstəxanalarında xəstə qəbulu potensialı qalmayıb.

Ötən gündən İranın bütün dövlət müəssisələrində və qapalı məkanlarda maskadan istifadə zəruri elan olunub və maska taxmayanların cəzalandırılacağı bildirilib.