İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
“Tasnim” xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
**
ABŞ və İsrailin hava hücumlarından sonra Tehranda qızlar üçün ibtidai məktəbi də daxil olmaqla bir neçə bina dağılıb.
Azpost.info bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.
Yayılan məlumata görə, İsrail İranın Hormuzqan əyalətinin Minab şəhərinin Şəcəreyi Təyyibe adına ibtidai siniflər üçün olan məktəbi bombalayaıb. Nəticə şagirdlər arasında həlak olanlar var. 36 nəfərin öldüyü qeyd edilir. Bunu Hörmuzqan əyalət başçısının sosial, təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əhməd Nəfisi deyib.
Qeyd edək ki, məktəbdə 170 şagird təhsil alır. Hazırda məktəbin dağıntılarının təmizlənməsi və şagirdlərin xilasetmə işləri davam etdirilir.