Təhsil naziri məktəblərin publik hüquqi şəxsə çevrilməsini təklif edib

Emin Əmrullayev
Emin Əmrullayev

Məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir. Məktəblərin publik hüquqi şəxsə çevrilməsi uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir”,- nazir vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.