“Teleqram” kanallarının sahibləri mart ayından etibarən reklam gəlirlərinin 50 faizini almağa başlayacaqlar.
Azpost.info xəbər verir ki, bunu “Teleqram”ın yaradıcısı Pavel Durov bildirib.
“Mart ayında “Teleqram” reklam platforması 100-ə yaxın yeni ölkədə rəsmi olaraq bütün reklamçılar üçün açılacaq.
Bu ölkələrdəki kanal sahibləri “Teleqram”ın öz kanallarında reklam göstərməkdən əldə etdiyi istənilən gəlirin 50 faizini almağa başlayacaqlar”, – o qeyd edib.
Durovun sözlərinə görə, maliyyə əməliyyatlarını həyata keçirmək üçün TON blokçeynindən istifadə olunacaq. Müvafiq olaraq, “Teleqram” kanallarının sahibləri Açıq Şəbəkədə istifadə edilən kriptovalyuta olan tonkoin şəklində gəlir əldə edəcəklər.
Azpost.info