Temperatur 5-10 dərəcə düşəcək- XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° enəcək.

Martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.