Tovuzda polis polkovniki piyadanı vuraraq öldürüb

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzanı Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov törədib.

Ədalət Sadıqov “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Sonrakı məqalə

“Rusiyanı “terrorizmin sponsoru” elan edin!”