Teymur Rəcəbov “Champions Chess Tour”da ikinci yeri tutub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutub.

Doqquzuncu turda Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşe-Laqrava qalib gəlib. Turnirin yekun nəticələrinə görə, T.Rəcəbov ikinci pillədə qərarlaşıb. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyana məğlub olub. Ş.Məmmədyarov isə turnirin yekununda sonuncu olub. Yarışın qalibi Maqnus Karlsen olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Klint İstvud Litvanın onlayn saytını saxta müsahibəyə görə məhkəməyə verib

Sonrakı məqalə

Rumıniyalı milyarder və ailəsi təyyarə qəzasında həlak olub