Tezliklə Ukraynanın təhlükəsizlik zəmanətləri əldə olunacaq –NATO Baş katibi

Sabah və ya sabahkı görüşdən qısa müddət sonra Ukraynanın təhlükəsizlik zəmanətləri barədə konkret olaraq nə edəcəyimiz məsələsi aydınlaşacaq.

Bunu NATO Baş katibi Mark Rutte Estoniya prezidenti Alar Karislə birgə mətbuat konfransında deyib.

“Hazırda bununla bağlı iş gedir. Əgər Zelenski və Putin arasında hər hansı bir görüş baş verəcəksə, Ukraynanın təhlükəszilik zəmanətlərinin aydınlaşması çox mühümdür” Mark Rutte vurğulayıb.

Qeyd edək ki, sentybarın 4-də Fransanın paytaxtı Parisdə Ukrayna prezidentli Volodimir Zelenski və Avropa rəsmiləri arasında görüş keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.