“The New York Times” Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini açıqladı

“The New York Times” Ukraynadakı münaqişənin böyük ehtimalla 2025-ci ildə bitəcəyini ehtimal edir.

Azpost.info xəbər verir ki, nəşr hesab edir ki, 2025-ci il danışıqlar ili olacaq.

“Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi sülh danışıqlarını sürətləndirəcək. Seçilmiş prezident bu danışıqların “mümkün qədər tez başlamasını istəyir”, – “The New York Times” qeyd edir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqları mümkün hesab edir. Kiyev bundan yayınır deyə, Moskva xüsusi hərbi əməliyyatı davam etdirir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.