“Titanik”ə baxmağa gedərkən batan turistlər kim olub? –Şöhrətli dalğıc, avanturist biznesmen, milyarder və tələbə

“Titanik”ə baxmağa gedən sualtı gəminin sərnişinlərinin həlak olduğu rəsmən açıqlanıb.

Azpost.info-nun məlumatına görə, mütəxəssislər hesab edirlər ki, batiskafın dağılmasına səbəb yüksək təzyiq olub.

Batmış sualtı gəminin göyərtəsində beş nəfər olub:

58 yaşlı britaniyalı iş adamı və tədqiqatçı Hamiş Hardinq– Bu britaniyalı milyarder Dubayda yerləşən Action Aviation özəl təyyarə şirkətinin rəhbəri idi. Yaxınları onu ən inanılmaz layihələrə əl atan macəraçı adlandırırdılar.

48 yaşlı pakistanlı iş adamı Şahzadə Davud– Britaniyalı iş adamı Şahzadə Davud Pakistanın ən zəngin ailələrindən birinin nümayəndəsi idi. Davud Pakistanın ən böyük gübrə istehsalçısı olan Engro Corporation konqlomeratının sədr müavini vəzifəsini tuturdu.

Davudun 19 yaşlı oğlu Süleyman – Suleman Davud Qlazqodakı Strathclyde Universitetinin birinci kursunu yenicə başa vurmuşdu.

BBC xəbər verir ki, yaxınları onun elmi fantastika, voleybolu çox sevdiyini və Rubik kubunu həll etməyi xoşladığını deyirlər.

Sualtı səfəri təşkil edən OceanGate şirkətinin direktoru, 61 yaşlı Stockton Raş -. Rash təcrübəli mühəndis olub. Əvvəllər o, eksperimental təyyarə dizaynı ilə məşğul olub. Lakin həyatının çox hissəsini sualtı gəmilərin və nəqliyyat vasitələrinin maketləri üzərində işləməyə həsr edib. Stockton Raşh “OceanGate”-i 2009-cu ildə təsis edib. Əvvəlcə şirkət müştərilərə sadəcə olaraq dərin dəniz səyahətini təklif edib. “Titanik”in batdığı yerə enmək ideyası yalnız 2021-ci ildə ortaya çıxıb.

77 yaşlı fransız tədqiqatçı Pol-Anri Narjole – Pol-Anri dünya şöhrətli kəşfiyyatçı sualtı tədqiqat üzrə dünya şöhrətli məşhur tədqaqatçı idi. O, Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş dalğıcıolub.  Narjole bu ötən illər ərzində Titanik gəmisinin qalıqlarının tədqiqi üzərində digər tədqiqatçılardan daha çox vaxt keçirib. Buna görə ona “Cənab Titanik”deyirdilər. O, əfsanəvi gəminin batdığı yerin tapılmasından iki il sonra -1987-ci ildə su altına enib.

Azpost.info

Əvvəlki məqalə

Söyüdlü ilə bağlı yaradılmış Komissiyanın ilkin hesabatı dinlənilib

Sonrakı məqalə

Sevdiyi İranlı qız Fərid Səfərlinin əleyhinə ifadə verməyib –